Nazarovun iştirakçısı olduğu oyunda komandası minimal hesabla qalib gəlib

Almaniya 2-ci Bundesliqasında 17-ci tura start verilib.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Regensburq”la qarşılaşıb və 1:0 hesabı qalib gəlib.

Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə oynayıb.

Qeyd edək ki, 26 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 5-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə