Şahmatçılarımız turnirinin yeddinci turunun oyunlarında mübarizə aparacaqlar

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunun oyunları keçiriləcək.

SİA-nın məlumatına görə, iddiaçılar turnirinə vəsiqə verən turnirdə şahmatçılarımız Rauf Məmmədov Anton Korobov (Ukrayna), Nicat Abbasov İvan Sariç (Xorvatiya), Eltac Səfərli Samuel Sevian (ABŞ), Vasif Durarbəyli Marie Sebaqla (Fransa) qarşılaşacaqlar.

Qeyd edək ki, altı turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3,5, E.Səfərli 3, V.Durarbəyli isə 2 xal qazanıblar. Turnir cədvəlinə 5 xalla çinli Hao Yanq və amerikalı Fabiano Karuana başçılıq edirlər. Yarış oktyabrın 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...