"Atletiko"nun futbolçusu Antuan Qrizmanın "Barselona"ya keçidi rəsmiləşib. Bu barədə klubun saytı məlumat yayıb.

Fransalı hücumçu Kataloniya təmsilçisi ilə 5 illik - 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalayacaq. Bu keçid üçün "Barsa" Madrid klubuna 120 milyon avro ödəyib. "Barselona" futbolçuya 800 milyon avro təzminat qiyməti qoyub. O, yaxın günlərdə "Barselona"nın futbolçusu kimi ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, 2014-cü ildən "Atletiko"da çıxış edən Fransa millisinin üzvü 257 oyuna 133 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...