Frenk Lempard "Çelsi" ilə danışıqlara başlayıb

"Derbi Kaunti"nin baş məşqçisi Frenk Lempard "Çelsi" ilə danışıqlara başlayıb. Bu barədə İngiltərə Çempionşip təmsilçisinin saytı məlumat yayıb. "Derbi Kaunti" 41 yaşlı mütəxəssisin London klubu ilə danışıqlar aparmağına icazə verdiyini vurğulayıb: "Ümid edirik ki, Lempard "Çelsi" ilə danışıqları tez bitirəcək".

Qeyd edək ki, Lempardın "Çelsi" ilə üç illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia olunurdu. Xatırladaq ki, "Çelsi" baş məşqçisi Maurisio Sarri ilə yolları ayırıb. İtaliyalı mütəxəssis "Yuventus"a keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə