Rusiya Beynəlxalq Paralimpiya Komitəsinə 625 min avro ödəyəcək

Rusiya Paralimpiya Komitəsi (RPK) üç il ərzində Beynəlxalq Paralimpiya Komitəsinə (BPK) 625 min avro ödəməlidir. TASS agentliyi xəbər verir ki, Rusiya Paralimpiya Komitəsinin BPK-ya üzvlüyü bərpa edilib. Rusiya Paralimpiya Komitəsinin bu beynəlxalq quruma tamhüquqlu üzvlüyünün bərpası ilə bağlı qərar şərti xarakter daşısa da, bu, rusiyalı paralimpiyaçıların ölkə bayrağı altında beynəlxalq yarışlarda iştirakına mane olmayacaq.

Bundan başqa, qərara əsasən, Rusiya Paralimpiya Komitəsi qeyd olunan məbləği üç il ərzində ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...