“Qəbələ” “Keşlə” ilə bacarmadı

Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna start verilib. Turun açılış matçı Qəbələ stadionunda baş tutub. Şəhərin eyni adlı təmsilçisi “Qəbələ” doğma azarkeşlər önündə autsayder “Keşlə”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb. Bu hesabdan sonra xallarının sayını 24-ə çatdıran “Qəbələ” turnir cədvəlində dördüncü yerdəki mövqeyini qoruyub. “Keşlə” isə 16 xalla altıncı yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə