Futbol üzrə Xorvatiya millisinin futbolçusu Şime Vrsalkonun Avro-2020-nin seçmə mərhələsində yığmamızla hər iki oyunu buraxacağı dəqiqləşib. "Sportske Novosti"nin yazdığına görə, əməliyyat olunan 27 yaşlı müdafiəçi bərpa müddətinin 8-10 çəkəcəyini bildirib: "Bu əməliyyat üçün normal müddətdir. Əməliyyat yaxşı keçdi. Vacib ola budur. Məqsədim daha yaxşı formada futbola qayıtmaqdır. Tələsmirəm və hər zamankından daha güclü olacağam".

Qeyd edək ki, mövsümün ilk hissəsini icarə əsasında "İnter"də keçirən S.Vrsalko müqavilə ilə məxsus olduğu "Atletiko"nun düşərgəsinə qayıdıb. Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə