Kosovo – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb. UEFA-nın saytında yer alan məlumata görə, görüşü fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Benua Millot olacaq. Ona Mehdi Rahmouni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyderlə Karim Abed olacaq.

Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə