“Arsenal” Erik Bayini heyətinə qatacaq?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal” “Mançester Yunayted”in müdafiəçisi Erik Bayini heyətinə qata bilər. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, kot d`ivuarlı futbolçunun xidmətində Londonun digər təmsilçisi “Tottenhem” də maraqlıdır.

Joze Mourinyonun başçılığı altında oynamaq istəməyən afrikalı qışda komandadan ayrılmağı düşünür. Bayinin transfer qiyməti 35 milyon avro məbləğində dəyərləndirilir. Qeyd edək ki, müdafiəçinin “Mançester Yunayted”lə 2020-ci ilin yayına qədər müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...