Polşalı cüdoçu: “Rəqibim çox güclü idmançıdır” - AÇIQLAMA

“İlk görüşümdə türkiyəli idmançı İrem Korkmazla qarşılaşdım. "Osaekomi" fəndi işlədərək ipponla qalib gəldim. Yarışda maksimum gücümdən istifadə edərək yüksək nəticə göstərməyə çalışacağam”. Bunu SİA-ya açıqlamasında Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında 52 kq çəki dərəcəsində çıxış edən polşalı idmançı Agata Perens deyib.

O qeyd edib ki, növbəti mərhələdə dünya çempionu yaponiyalı Şişime Ai ilə qarşılaşacaq: “Rəqibim çox güclü idmançıdır. Ancaq buna baxmayaraq, qalib gəlib, mükafatçılar sırasına düşməyi hədəfləmişəm”.

İdmançı Milli Gimnastika Arenasında dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini bildirib: “Arenada yarışın keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Nəqliyyat, otel, qidalanma və s. bütün təşkilati işlər yüksək səviyyədədir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə