"Yuventus" bu futbolçu ilə müqaviləni yeniləyir?

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç Turin klubu ilə müqavilə yeniləyir. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, tərəflər yeni sözləşmə ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, bosniya və herseqovinalı futbolçu 2023-cü ilə qədər “qoca sinyora”nın formasını geyinəcək. Onun illik gəliri isə 6,5 milyon avro olacaq. Rəsmi müqavilənin bu həftə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Pyaniçin hazırkı sözləşməsi 2021-ci ilə qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə