İvan Perişiç və Ante Rebiçd "Mançester Yunayted"in hədəfində

Xorvatiya millisinin iki oyunçusu "Mançester Yunayted"in maraq dairəsinə düşüb. "The Sun" yazır ki, bunlar "İnter"in yarımmüdafiəçisi İvan Perişiç və "Ayntraxt"ın hücumusu Ante Rebiçdir. Hər iki xorvat oyunçunu məhz komandanın baş məşqçisi Joze Mourinyonun istədiyi bildirilib. "MY"nın bu transferlər üçün 92 milyon funt sterlinq (104 milyon avro) ödəməyə hazır olduğu iddia olunub. Qeyd edək ki, Perişiç DÇ-2018-də 7, Rebiç isə 6 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə