Droqba dünya çempionatındakı favoritini açıqladı

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba DÇ-2018 üçün favoritini açıqlayıb. “Sport FM” radiosuna açıqlama verən D.Droqbanın fikrincə, mundialın qalibi Belçika millisi olacaq. “Favoritlərdən söhbət düşəndə bu komanda barədə heç kim danışmır. Amma onların heyətində Lukaku, de Bruyne, Kompani, Azar kimi futbolçular var. Belçika millisində çoxlu dostum oynayır. Ona görə də həmin komandaya azarkeşlik edirəm” – deyə Droqba qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə