Yığmamız UEFA İnkişaf turnirində iştirak edəcək

2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. SİA-nın məlumatına görə, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaq. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması da yarışa qatılacaq.

Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.

Yığmamızın heyətinin və oyunlarının vaxtını diqqətinizə çatdırırıq:

AD, SOYAD

KLUB

Şabiyev Kamran

Vətən

Fərzəliyev Fərrux

Vətən

Tanırverdiyev Bəhruz

Vətən

Rəhimov Mirismayıl

Qarabağ

Vəliyev Vüsal

Vətən

Həsənov Rəşad

Keşlə

Əbilov Əbil

Keşlə

Kazımov Kamal

Qəbələ

Baxşəliyev Mehrac

Qəbələ

Cabbarov Ayxan

SAVEDALENS IF (İsveç)

Qənbərov Vüsal

Technofootball FK (İspaniya)

Mədətov Ülvü

Qəbələ

Damadayev Süleyman

Qəbələ

Hüseynov Cəlal

Zirə

Əsədov Gülağa

Zirə

Mirzəzadə Vüsal

Qəbələ

Əliyev Elnur

Qarabağ

Həsənov Vaqif

Keşlə

Cəfərov Nihad

Neftçi

Səmədov Ümid

Kəpəz

Seyfullayev Həsən

Kəpəz

23.04.2018
16:00. Türkiyə-2 – Azərbaycan

25.04.2018
16:00. Gürcüstan – Azərbaycan

27.04.2018
17:00. Türkiyə - Azərbaycan

Bütün xəbərlər Facebook səhifəmizdə