2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. SİA-nın məlumatına görə, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaq. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması da yarışa qatılacaq.
Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.
Yığmamızın heyətinin və oyunlarının vaxtını diqqətinizə çatdırırıq:
AD, SOYAD |
KLUB |
Şabiyev Kamran |
Vətən |
Fərzəliyev Fərrux |
Vətən |
Tanırverdiyev Bəhruz |
Vətən |
Rəhimov Mirismayıl |
Qarabağ |
Vəliyev Vüsal |
Vətən |
Həsənov Rəşad |
Keşlə |
Əbilov Əbil |
Keşlə |
Kazımov Kamal |
Qəbələ |
Baxşəliyev Mehrac |
Qəbələ |
Cabbarov Ayxan |
SAVEDALENS IF (İsveç) |
Qənbərov Vüsal |
Technofootball FK (İspaniya) |
Mədətov Ülvü |
Qəbələ |
Damadayev Süleyman |
Qəbələ |
Hüseynov Cəlal |
Zirə |
Əsədov Gülağa |
Zirə |
Mirzəzadə Vüsal |
Qəbələ |
Əliyev Elnur |
Qarabağ |
Həsənov Vaqif |
Keşlə |
Cəfərov Nihad |
Neftçi |
Səmədov Ümid |
Kəpəz |
Seyfullayev Həsən |
Kəpəz |
23.04.2018
16:00. Türkiyə-2 – Azərbaycan
25.04.2018
16:00. Gürcüstan – Azərbaycan
27.04.2018
17:00. Türkiyə - Azərbaycan