“Barselona” Umtitinin qiymətini qaldırır

“Barselona” futbolçusu Samuel Umtiti ilə müqaviləni yeniləmək üçün danışıqları davam etdirir. İspaniya mətbuatının yazdığına görə, ilk 2 cəhdi uğursuz alınan Kataloniya klubu fransız futbolçu ilə ortaq məxrəcə gəlməyə çalışır. Digər tərəfdən isə “Barselona” rəhbərliyi 24 yaşlı müdafiəçi üçün müəyyənləşdirdikləri 60 milyon avroluq təzminat qiymətini 250 milyona qaldırmaq istəyir. Qeyd edək ki, Umtitinin hazırkı müqaviləsinin müddəti 2021-ci ilə kimidir.

Bütün xəbərlər Facebook səhifəmizdə