“Turun son matç idi. Bizdən öncə əsas rəqiblərimiz həftəni 3 xalla başa vurmuşdular. Buna görə, bu gün qalib gəlməli idik. Oyundan razı qaldım. Əsas odu ki, 3 xal qazandıq. Bizim üçün vacib qələbə idi. Sevinirəm ki, bu gün qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Azərbaycan Premyer Liqasının XII turunun son oyununda səfərdə “Neftçi” ilə qarşılaşan “qırmızı-qaralar” oyundan 3:2 hesablı qalibiyyətlə ayrılıblar. Ukraynalı çalışdırıcı matçdan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Uzun boylu müdafiəçilərə sahib olsaz da, standart vəziyyətlərdə qollar buraxırsız. Bunun səbəbi nədi?
- Düzdü, boy cəhətdən hündür oyunçularımız var. Lakin hər şey boydan asılı deyil. “İkinci mərtəbə”də oynamağı bacarmaq lazımdı. Standart vəziyyətlər zamanı çox həyəcan keçiririk. Bunun üzərində işləmək lazımdı.
- Hesab 2:2 olan zaman hansı hissləri keçirirdiz?
- Həmin anda nəticə barədə düşünmürdüm. Oyunun sonuna hələ vaxt var idi. Sadəcə, necə qələbə qazana biləcəyimizi düşünürdüm.
- Oyunda çox erkən əvəzləmə etdiz. Elvin Məmmədovun yerinə Ruslan Qurbanova şans verdiz. Belə tez əvəzetməyə səbəb nə idi?
- Qola qədər Elvin səhv etdi. Standart vəziyyətdə də həmçinin. Bu cür səhvə yol verməməli olduğunu demişdik. Onun əvəzlənməsi cəzalanması ilə bağlı deyil. Sadəcə, yenidən eyni səhvə yol verməsin istəmədim.
- “Neftçi” ilə ilk oyundakı qələbə ilə bu qələbə arasında nə kimi fərq görürsüz?
- Birinci oyundan da öncə demişdim ki, “Neftçi” güclü komandadı və turnir cədvəlində öz yerində deyil. Bu komandanın potensialı var və bunu nümayiş etdirir. Bu gün bunun bir daha şahidi olduq.
- Qış fasiləsi ilə bağlı hansı planlarınız var?
- Planlar yalnız kağız üzərində olur. Təəssüf ki, keçən il belə hal olmuşdu ki, planlaşdırdığımız oyunlar sonra baş tutmadı. Ona görə də, əvvəlcədən nə isə demək istəmirəm. Bununla bağlı komandanın meneceri Səbuhi Səfiyarlıya müraciət etməyiniz məsləhətdi.
- Keçən mövsüm əsas heyəti daha tez formalaşdırmışdız, bu mövsümdə isə hələ də axtarışdasız...
- Bununla razıyam. Bu il əsas heyətimiz tam formalaşmayıb. Bunun da bir neçə səbəbi var. Məsələn Ozobiçin zədələnməsi kimi. Qış fasiləsindən sonra əsas heyəti formalaşdıra biləcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rusiyada...kişilər az yaşadı..?
Dünya 22:45Kanada Kiyevə 2,1 milyon dollar ayıracaq
Dünya 22:36Yelena Haqverdiyeva – rəssam və ilham pərisi
Mədəniyyət 21:54Hidayət Heydərov dördqat Avropa çempionu olub
İdman 20:56FİFA və UEFA-nın acığına..?
İdman 20:36Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
Mədəniyyət 20:16"Roma"da yeni müqavilə
İdman 20:04Zərifə Əliyeva - Böyük alim, Böyük insan
Siyasət 19:58Prezident BƏƏ naziri ilə görüşüb
Siyasət 19:44Konqoda daşqınlar nəticəsində 10 nəfər ölüb
Dünya 19:24Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi
Siyasət 19:12"Bu məşqçilər Tuxellə müqayisə oluna bilməz"
İdman 18:56Entoni Blinken İsrailə səfər edəcək
Dünya 18:24Ruslara yeni səfərbərlik lazım olacaq..?
Dünya 18:05Güvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 17:43Qiymətli metalların geoloji axtarışı aparılacaq
İqtisadiyyat 17:32İlham Əliyev Almaniyanın XİN başçısı ilə görüşüb
Siyasət 16:41“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI
Siyasət 16:40Yaşıl dünya boyalarda... - Masallıda tədbir
Sosial 16:40İlham Əliyev Berlində böyük coşqu ilə qarşılanıb
Siyasət 16:35Final oyununda nominal ev sahibi bəlli olub
İdman 16:31DVX tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirib
İqtisadiyyat 16:27"Azərkosmos" yeni əməkdaşlıqlara başlayıb - FOTOLAR
İqtisadiyyat 16:24Etibarın və etimadın tək ünvanı –Azərbaycan! TƏHLİL
Siyasət 16:23Böyük dəstəyin göstəricisi
Siyasət 16:22Əli Əsədov yeni qərar imzalayıb
İqtisadiyyat 16:04Azərbaycanda nağdsız ödənişlərin məbləği martda 60 % artıb
İqtisadiyyat 16:03Azərbaycan banklarına qoyulan depozitlər cüzi azalıb
İqtisadiyyat 15:59Azay Quliyev Danimarkaya gedir
Siyasət 15:58“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Siyasət 15:51Güclü əməkdaşlıq mövcuddur
Siyasət 15:49Çörək yeyəndə, de, bismillah! -FELYETON
Sosial 15:45Tanzaniyada sel fəlakəti xeyli can aldı
Dünya 15:39COP29 qarşıdurma arenası olmayacaq - PREZİDENT
Siyasət 15:35Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
İqtisadiyyat 15:34Azərbaycan manatının dövretmə sürəti cüzi artıb
İqtisadiyyat 15:29"Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb
İqtisadiyyat 15:23"Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan"
Təhsil 15:18Özəl xəbərlər
Digər xəbərlərGüvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 17:43“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI
Siyasət 16:40Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8227 +0,12%
- GBP 2,1249 +0,26%
- RUB 0,0185 +0,54%
2008-2024. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: info@sia.az Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;