“Bavariya”nın hücumçusu Tomas Müller ağır zədə alıb. SİA-nın məlumatına görə, oktyabrın 21-də səfərdə “Hamburq”a 1:0 hesabı ilə qalib gəldikləri matçda zədə alan 28 yaşlı futbolçu tibbi müayinədən keçib. Bundan sonra həkimlər onun 5-6 həftə yaşıl meydanlardan kənarda qalacağını bildiriblər.

Müller həmin matçda 46-cı dəqiqədə meydana daxil olub, qol ötürməsi verib. Amma əzələsi dartıldığından o, 55-ci dəqiqədə məcburi əvəzlənib.

Zədəsi səbəbindən futbolçu Çempionlar Liqasında “Seltik” (31 oktyabr), Bundesliqada “Borussiya” (Dortmund) (4 noyabr) və böyük ehtimalla ÇL-də "Anderlext”lə (22 noyabr) matçları buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə