Zakir Həsənov İranın müdafiə nazirinin müavini ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini Reza Müzəffəriniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...