50-dək kənddə sakinlərə səyyar xidmət göstərilib Naxçıvanda

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayonunun Oğlanqala kəndində sakinlərə səyyar qaydada daşınmaz əmlakın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlər göstərilib. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yaşayış məntəqələrində səyyar xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulub və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılıb.

Qeyd edək ki, bu ilin birinci yarımili ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın 46 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib. Xidmət zamanı 404 müraciət qəbul edilərək müvafiq qaydada baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə