Zaur: "İllərdir atamın məzarını ziyarət etmirəm"

Teleaparıcı Zaur Baxşəliyev vəfat etmiş atası ilə bağlı ilginc açıqlama verib. SİA-nın məlumatına görə, o, bu haqda aparıcılıq etdiyi verilişində danışıb: "Atam dünyasını dəyişdikdən sonra məzarını ziyarət etməmişəm. Atam dəfn olunduğu qəbiristanlığa getmirəm. Çünki mənə o daş lazım deyil. Buz kimi daşdan baxan şəkil mənə lazım deyil. Mənə o canlı lazım idi və o bu həyatda yoxdur. İstəyirsiniz məni qınayın, nə istəyirsiniz deyin. Bir insan həyatda nə qədər varsa, onun başına pərvanə kimi dolanmaq lazımdır. Bir insan ölüb gedəndən sonra get o daşı qucaqla, gözünün yaşını daşın dibinə tök. Nə mənası var?"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...