Xosenin bıçaqlanan qardaşının sevgilisi nələr danışdı? VİDEO

Teleaparıcı Xose Bernardonun bıçaqlanan qardaşı Rəfael Hüseynovun sevgilisi verilişlərin birinə açıqlama verib. SİA-nın məlumatına görə, qadın bildirib ki, bıçaqlanma qısqanclıqdan baş verməyib: "İki il əvvəl ərimlə ayrılmışıq. Ailə qurub, övladı olub. Qısqanclıqdan olmayıb, eqoistlikdir. Sevirdisə, yanında saxlayardı, anamın evinə göndərməzdi. Spirtli içki içirdi, gəlib qapıma, dava salırdı. Mən də evimdən çıxıb, Rafaelin evinə köçdüm. Rafaellə bir-birimizi sevirik. İndi hamiləyəm, onu atmayacam".

Rafaelin anası da gəlinini çox istədiyini söyləyib.

Qeyd edək ki, Xose və qardaşı Rafael bir neçə gün əvvəl yaşadığı evin həyətində bıçaqlanıb. Onları bıçaqlayan şəxs Rafaelin sevgilisinin keçmiş həyat yoldaşı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...