Fatimə bəzi həmkarlarını məsxərəyə qoydu VİDEO

Rəqqasə Fatimə Fətəliyeva verilişlərin birində qeyri-peşəkar həmkarlarını rüsvay edib. SİA-nın məlumatına görə, rəqqasə hətta onlarıməsxərəyə qoyub: "Bəzi rəqqasələr yaşlarına uyğun hərəkət etmirlər. Klonla fərqləri yoxdur. Onu da deyim ki, bu günə qədər heç kimin adını çəkib, təhqir etməmişəm. Yalnız əminliklə deyə bilərəm ki, heç kim mənim qədər çalışqan deyil. Ona görə də heç kimi özümə rəqib görmürəm. Məni özünə rəqib hesab edən rəqqasə ortaya çıxsın".

Fatimə özünü şanslı qadın hesab etmədiyini də dilə gətirib: "Bu vaxta qədər özümə hər şeyi alnımın təri ilə qazanıb, etmişəm. Mən o, şanslı qadınlardan deyiləm ki, kimsə mənə nəsə etsin. Odur ki, kənardakılar mənə bəxtəvərçilik oxumasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...