Dilarə hamamda klip çəkdirdi VİDEO+FOTO

Müğənni Dilarə Kazımova yeni klip çəkdirib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: " "Harem" adlı mahnıya klip çəkdirdim. Çünki bəstə məni ruhlandırdı. Ekran işini şərq ab-havasında lentə aldıq. Klipi əsl qədim, şərq hamamında çəkdik. Ekran işində məndən başqa digər xanımlar da var. Onlar köməkçi rolunda yer alıblar. Klip haqqında digər məlumatları ekran işini təqdim edəndə görəcəksiniz. Onu da qeyd edim ki, obrazım üzərində özüm çalışmışam.

"Harem" adlı klipin rejissoru Nail Naiboğludur.

Qeyd edək ki, "Harem" adlı mahnının sözləri Prometeyə, musiqisi mən və İslam Şirvaniyə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...