Yenicə boşanan Əbdül Xalid : "Yenidən ailə quracam" VİDEO

Müğənni Əbdül Xalid boşanmasından danışıb. SİA-nınməlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Xahiş edirəm, heç vaxt şəxsi həyatımdan danışmayın. Bu hallar hamıda baş verir və verəcək də... Necə gecə-gündüz varsa, müsbət-mənfi varsa, ailə qurmaq da, dağıtmaq da var. Bu ağzı bağlı boxçadır. Bilinmir içərisində nə olacaq, heç kim həyatda sığortalanmayıb. Bu həyatda mənim üzümü güldürən qız övladımdır.

Onu da qeyd edim ki, mənim üçün ən vacib sadiqlikdir. İnsan hər bir şeyə dözməlidir. Hələ yenidən ailə qurmağı düşünmürəm, çünki özüm hazır olmalıyam. Hazır olacağım zamanı isə bilmirəm. Bu 1 ay, 5 ay, 1 il ola bilər, dəqiq deyə bilmərəm. Amma ailə həyatı quracam, bu təbiidir. Çünki, həyat davam edir. Bu məsələdə mənim övladımın fikri çox önəmlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...