"Maşın" şousunun növbəti buraxılışında aktyor Mənsur Şəriflə aparıcı Sərxan Kərəmoğlu arasında gərgin anlar yaşanıb. SİA-nın məlumatına görə, Sərxan Mənsurun bütün günü əsəbi olduğunu və onun ünvanına bəzi sözlər dediyini bildirib: "Nazilə Səfərliyə oyunçu olaraq burada ehtiyacım var. Amma bilmirəm Mənsur nəsə deyib. Nə deyibsə, desin bilək".

Mənsur isə onu ələ salaraq "Təkrara baxarsan nə demişəm. Dedin ki, maraqlı oyunçular lazımdır. Dedim ki, bizə belə xoşdur. Sənə xoş deyilsə, gedə bilərsən. Əsəbiyəm. Problemim var" sözlərini deyib.

Sərxan isə ona "Təzyiqin qalxıb, limon suyu gətirək" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə