"Möhtəşəm olacaq" Xatirə konsert verəcək

Müğənni Xatirə İslam solo konsert verəcək. SİA-nın məlumatına görə, tədbir sentyabrın 18-də “Yaşıl Teatr”da keçiriləcək.

Bu haqda ifaçı özü xəbər yayıb. Xatirə artıq bir neçə müddətdir ki, musiqiçilərlə birlikdə məşqlərə başlayıb.

"Bu tarixdə hamınızı yanımda görmək və yaxından tanımaq istəyirəm. Vaxtımın çox hissəsini səhnədə yox, məhz siz tamaşaçıların yanında keçirmək istəyirəm. Orada baş verəcək hər bir məqam sizlər üçündür. Möhtəşəm gecə olacağına əminəm" deyə, Xatirə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə