Bu gün müğənni Nicat Məhərrəmov üçün özəl gündür. SİA-ya açıqlama verən ifaçı təəssürtlarını bölüşüb: "Hər bir insanın həyatında özəl günü olur. Adam özünü həmin gün qəhrəman hiss edir. Ad günümdə maraqlı insanlar zəng edir. Təbrik edirlər. Yaddaşlarda olduğum üçün sevinirəm. Zəng edənlərim varsa, deməli kimlərinsə, qəlbində o sevgini qazanmışam. Özümə yeni yaşımda xeyirli günlər, can sağlığı və ən əsası xoşbəxt həyat arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə