Gənc ifaçı Leyla Ramazanlı yeni fotosessiya etdirib. SİA-nın məlumatına görə, müxtəlif libaslarda kamera qarşısına keçən müğənni hər il yeni mahnıları ilə bərabər fotosessiya etdirməyə üstünlük verir. Onun bu dəfəki şəkilləri “Kamranaydinov” studiyada çəkilib.

İfaçı yeni fotosessiyası ilə yanaşı yaradıcılığında olan yeniliklərdən də danışıb. Bildirib ki, hazırda 2 yeni mahnı üzərində çalışır: “Mahnılardan biri ritmik digəri isə lirik üslubdadır. Mahnılarımı klipimlə birlikdə təqdim edəcəyəm. Yeniliklərim çoxdur, ancaq hələ sirr olaraq qalmasının tərəfdarıyam”.

Bütün xəbərlər Facebook səhifəmizdə