Damlanın sevgilisi deyilən şəxslə səmimi görüntüləri yayıldı VİDEO-FOTOLAR

Müğənni Damlanın iddia olunan sevgilisi ilə səmimi fotoları yayılıb. SİA-nın məlumatına görə, cütlük 2017-ci ilin yay aylarında Lənkəran şəhərində keçirilən konsert proqramında tanış olublar. Kamran Zahidli adlı həmin şəxs də musiqiçidir.

Damlanın Kamrana olan marağı duet ifa etmələrinə səbəb olub. Onlar ilk dəfə Lənkərandakı məşhur türk mahnısını duet ifa etməklə tamaşaçıların qarşısına çıxıblar. Damla çıxışları zamanı çəkilən qısa videonu öz “İnstagram” səhifəsində paylaşıb və bundan sonra cütlüyün münasibətləri davam edib. Onlar Lənkərandakı konsert proqramından təxminən bir neçə gün sonra Quba konsertində də birlikdə çıxış ediblər.

Qeyd edək ki, Kamran Damlanın bu jestinə görə ona ev hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə