Ermənistan sülh istiqamətində hər hansı ciddi addım atmır - ÖZƏL AÇIQLAMA
Xatırladaq ki, Qarabağ münaqişəsinin həllinə dair Bratislavada üç ölkə Rusiya, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşləri keçirilib. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun başçılıq etdiyi görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Bu görüşü şərh edən Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Ermənistan tərəfi yenə də Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqların imitasiyasını davam etdirir.
A.Mollazadə vurğulayıb ki, Ermənistan sülh istiqamətində hər hansı ciddi addım atmır: “Ermənistanın daxilində müəyyən gərginliklər var və hakim dəstə Qarabağ hərbi cinayətkarlarının etirazlarından çəkinərək, ciddi danışıqlar aparmır. Ötən il danışıqlar prosesində hər hansı bir nəaliyyəti qeyd edə bilmərəm. Mənə elə gəlir ki, gələn ildə də danışıqlar prosesində bu oyunlar davam etdiriləcək”
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB