"Azərbaycan haqqı yolunda sona qədər mübarizə aparacaq" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçi şəhərindəki "Valday" beynəlxalq diskussiya klubundakı son dərəcə tarixi və müdrik çıxışının bu qədər geniş müzakirə olunması xalqla Prezidentin birliyinin vəhdəti kimi yüksək dəyərləndirilməlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədovun təşəbbüsü ilə "Qarabağ Azərbaycandır" hərəkatının yaranması aktuallığı ilə seçilir: "Bu vahid Lider ətrafında milli birliyimizin, Qarabağ uğrunda birgə mübarizəmizin, haqqı tapdanan xalqımızın dünyaya mesajının və beynəlxalq aləmdə hələ də hökm sürən ikili standartlara etirazımızın göstəricisidir. Dünya birliyinə bir daha bəyan oldu ki, Azərbaycan haqqı yolunda sona qədər mübarizəsini davam etdirəcək.

Ümid edirəm ki, xalqımızın bütün vətənpərvər övladları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu hərəkatın fəal iştirakçısı olacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...