Ermənistan hakimiyyəti xalqı axmaq yerinə qoyur

Hakimiyyətin reytinqinin aşağı düşdüyü göz qabağındadır, xalqı axmaq yerinə qoymaq mümkün deyil və bu gün Ermənistan hakimiyyəti nə edirsə, hamısı absurddur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu İrəvanın Ağsaqqallar Şurasının keçmiş üzvü, Səhiyyə Cəmiyyətinin sədri Marina Xaçatryan jurnalistlərlə görüşdə deyib.

“Bəyan edirlər ki, bizim təminatlı həyatımız olacaq, rifahımız yaxşılaşacaq, sonra da tender qanunlarını tətbiq etməyə çalışırlar. Bəyan edirlər ki, bizim yaxşı səhiyyəmiz olacaq, amma sonra Qardasillə vaksinasiya aparırlar. Bizim cəmiyyətimiz eyforiyaya düşüb və ümidlənib. Amma indi biz insanların köçməyə başladığını müşahidə edirik”, deyə Marina Xaçatryan bildirib.

Onun sözlərinə görə, hakimiyyət orqanları bir zamanlar insanları cəza və cərimələrin bir hissəsindən azad etməyi söz verdi və bunu etdi də, lakin bu seçicilərin ələ alınması forması oldu. Marina Xaçatryan deyib ki, indi də məyusluq mərhələsi başlayır.

Yığıncaqda iştirak edən digər bir psixoloq Miqrdat Madatyan, bir ildən çox vaxt keçdiyini, lakin heç bir şey dəyişmədiyini qeyd edib.

“İnformasiya kanallarını seyr etdikdə və dinlədikdə zənn edirik ki, Utopiya ölkəsində yaşayırıq, ancaq reallıqla qarşılaşdığınız anda anlayırıq ki, mənzərə tamamilə fərqlidir. O lozunqlar ki, hansıki onların köməyilə hakimiyyət dəyişikliyi baş verdi, onların heç biri reallığa çevrilmədi”, deyə Miqrdat Madatyan bildirib.

O, qeyd edib ki, cəmiyyətdə əhval-ruhiyyə aşağı düşməkdədir və bu artıq hiss olunacaq dərəcədədir.
“Hakimiyyətin reytinqinin aşağı düşdüyü göz qabağındadır, xalqı axmaq yerinə qoymaq mümkün deyil, çünki aşağı düşmə çox tez nəzərə çarpdı”, deyə Madatyan fikrini əsaslandırıb.

Psixoloq nümunə olaraq qeyd edib ki, kəndlilərin suvarma suyunun olmaması səbəbindən hökumət binasının qarşısında etiraz aksiyası keçirməsinə heç kim reaksiya belə verməyib.

“Keçmişdə aradan qaldırılacağı vəd edilən xəttməqamlar, bu günkü reallıqda daha çoxdur. Müvafiq enmə vəziyyəti bütün sahələrdə hökm sürür “, - deyə Miqrdat Madatyan diqqətə çatdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə