Tuskun mövqeyinə irlandiyalı ekspertdən dəstək

Bu günlərdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrində səfərdə oldu. “Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Əvvəllər də qeyd etdiyim kimi, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”. Bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Bakıda mətbuata bəyanatında bildirib.

Donald Tusk qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. “Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir”, - deyə o qeyd edib.

Bu arada Böyük Britaniyanın Kral Coğrafiya Cəmiyyətinin üzvü, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının vitse-prezidenti Maykl Maunsel Facebook sosail şəbəkəsində, Qərbi Kaspi Universitetinin səhifəsində Donald Tuskun səfərini şərh edib.

M.Maunsell yazıb: “Avropa Birliyi və Azərbaycan arasındakı əlaqələri gücləndirməyi təşviq edən Donald Tusku Azərbaycanda görməkdən məmnun olduq, hansı ki, Qərbi Kaspi Universiteti beynəlxalq əməkdaşlıq vasitəsi ilə bu prosesi həyata keçirir”. M.Maunsell Prezident Tuskun sitatını xatırladıb: “Azərbaycan öz qədimliyi və müasirliyi ilə zəngin olan unikal bir ölkədir. Bu unikallıq vasitəsilə siz Şərq və Qərbin qarşığını görə bilərsiniz. Ölkənin belə bir geoloji ərazidə yerləşməsi sevindirici haldır… Avropa Birliyi və Azərbaycan əlaqələri ildən-ilə daha da güclənir”.

https://www.facebook.com/WesternCaspianUniversity/posts/2322178321162862?comment_id=2322277454486282&reply_comment_id=2330888126958548&comment_tracking=%7B%22tn%22%3A%22R%22%7D

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...