Armen Aşotyan hakimiyyətdən cavab tələb edir TƏHLİL

ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü işğalçı ölkədə narahatlıq doğurub

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilən görüşü ermənilər arasında birmənalı qarşılanmayıb. Hətta ermənilər sonda yayımlanan mesajın çaşdırıcı olduğu barədə fikirlər səsləndirirlər.
Ermənistana məxsus tert.az saytında yayımlanan informasiya işğalçı dövlətdə hakimiyyətə və onun apardığı siyasətə etibarsızlığın olduğunu təsdiq edir. Sözügedən saytda qeyd olunur ki, 4 saat davam edən danışıqlar, iki ölkə arasında qarşılıqlı olaraq razılaşdırılmış bir mətn ilə sona çatdı. Eyni zamanda o da qeyd olunur ki, hər iki ölkənin xarici işlər nazirliklərinin veb saytlarında demək olar ki, bir-birinə bərabər və optimist informasiyalar yer alır. Göründüyü kimi, yeni hakimiyyətin erməniləri aldatdığı qənaətində olan bir çox siyasətçilər belə informasiyaların fonunda Ermənistan hakimiyyətinin manipulyasiya etdiyini düşünürlər.

Münaqişənin həlli torpaqların qaytarılması deməkdir və erməniləri məhz buna görə müzakirə olunan həll prinspləri maraqlandırır

İşğalçı dövlətə məxsus saytda yayımlanan məqalədə Respublikaçılar partiyasının sədr müavini Armen Ashotyan Baş nazir və xarici işlər nazirinin onu maraqlandıran, əslində isə narahat edən sualları dərhal cavablandırmasını tələb edir. Bunu da onunla izah edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün sonunda verilən mesaj onu əməlli başlı təəccübləndirib. Məhs buna görə də onu maraqlandıran sualların cavablandırılmasını istəyir.
Respublikaçıların sədr müavini danışıqlar zamanı müzakirə olunan münaqişənin həlli prinsipləri ilə maraqlanır. Bu həll prinsplərinin də açıqlanmasını istəyir. Daha doğrusu tələb edir. Tələb edir ki, həll prinsplərinin nədən ibarət olduğu barədə açıqlama versinlər və eyni zamanda bu açıqlamanın da olmayacağına əmindir. Çünki, həll prinspləri ilə bağlı Ermənisyanın, eyni zamanda başda Nikol Paşinyan olmaqla yeni hakimiyyətin mövqeyi bəlli deyil və erməni xislətindən xəbərdar bir erməni kimi Ashotyan üçün bu çox aydın məsələdir.
Ermənilər bilirlər ki, münaqişə yalnız Dağlıq Qarabağın öz sahibinə, yəni Azərbaycana qaytarılması ilə öz həllini tapa bilər. Daha dəqiq desək, bilirlər ki, həll prinspləri yalnız bundan ibarət ola bilər və həll prinspləri zəbt etdikləri torpaqların geri qaytarılması deməkdir. Məhz buna görə də danışıqlardan sonra hər iki ölkənin xarici işlər nazirliklərinin veb saytlarında optimist informasiyalar yayımlaması göründüyü kimi işğalçı ölkədə narahatlıq doğurub. Bir sözlə, münaqişənin həlli torpaqların qaytarılması deməkdir və erməniləri məhz buna görə müzakirə olunan həll prinspləri maraqlandırır və narahat edir.
Erməni xislətini zəbt etmək, qarət etmək, başqalarına mənsub olanı özününküləşdirmək təşkil edir, digərinə mənsub olanı geri qaytarmaq deyil. Elə erməni cəmiyyətində həll prinspləri dedikdə narahatlıq doğuran da budur. Onsuz da son zamanlar ermənilərin bundan, yəni zəbt etdikləri, işğal etdikləri torpaqları geri qaytarmaqdan başqa çarələrinin qalmadığı hər birinə bəllidir və indi yuxularının niyə ərşə çəkildiyi də bəlli olur. Bəlli olur ki, Aşotyanın timsalında hər bir erməni sanki hər an belə bir məcburiyyətlə üzləşəcəklərinin reallıq olduğunu gözəl bilir. Sözsüz ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilən görüşünə, danışıqlara görə, ələlxüsus həll prinspləri barədə deyilənlərə görə niyə bu erməni cəmiyyəti tikan üstündə olduğu gün kimi aydındır və əsas narahatlıq zəbt etdikləri torpaqların əldən verilməsi qorxusudur.

Baş nazir və xarici işlər nazirinə ünvanlanan suallar Ermənistanın yeni hakimiyyətinə olan etibarsızlığın sübutudur

Respublikaçılar partiyasının sədr müavini "Millətlərin sülhə hazırlığı, təhlükəsizliyi və regionun sabit inkişafı" mövzusunda hansı əsasların götürüldüyü ilə bağlı da suallarının cavablandırılmasını istəyir. Əslində bu suallar təkcə Aşotyanı narahat etmir və sülhə hazırlıq dedikdə də nəyin nəzərdə tutulduğu hər bir erməni üçün maraq doğurur. İndi regionun sabitliyinə hansı əsaslarla nail olunacağı sualı sabitliyi və təhlükəsizliyi pozanların kürkünə birə salıb və bu heç də əbəs yerə deyil.
Görünür, işğalçıların özləri də ən yaxın zamanda zəbt etdikləri torpaqları öz sahibinə, yəni Azərbaycana qaytaracaqlarına inanırlar. Əbəs yerə deyil ki, Aşotyanın baş nazir və xarici işlər nazirinə, dolayısı ilə yeni hakimiyyətə ünvanladığı və cavabını tələb etdiyi suallar içərisində danışıqlar zamanı hansı kompromis barədə söhbət getdiyi də yer alır. Respublikaçıların sədr müavinin bunun ardınca, Dağlıq Qarabağın qaytarılması məsələsi müzakirə olundumu, sualı isə yekunda sadalananların sübutu və Aşotyanın timsalında ermənilərin ən çox ehtiyat etdikləridir.
Doğrudur, işğalçı dövlətdə sual doğuran bütün narahatlıqların səbəbi göz qabağındadır. Amma niyə Aşotyan hakimiyyətdən cavab tələb edir məsələsi daha bir məqama aydınlıq gətirir. Bəlli olur ki, onun timsalında ermənilər baş nazirə, yeni hakimiyyətə etibar etmirlər. Dəfələrlə erməni mediasında bu etibarsızlığın şahidi olmuşuq və hazırki, yeni hakimiyyətin Qarabağı qaytarmaq barədə fikirlərinin ola bilməsi qorxusu bütün Ermənistanı həyəcan içərisində saxlayır. Bu həyəcanı başa düşmək də çətin deyil və nəzərə almaq lazımdır ki, erməni cəmiyyəti hakimiyyəti yenicə zəbt etmiş küçə nümayişçisinin öz hakimiyyəti naminə istınilən qərarı qəbul edəcəyindən çox qorxur. Armen Aşotyanın hakimiyyətdən cavab tələb etməsi də bunu təsdiq edir. Təsdiq edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü işğalçı ölkədə narahatlıq doğurub və bu narahatlıq yeni hakimiyyətə olan etibarsızlığın göstıricisi, eyni zamanda zəbt etdikləri torpaqları geri qaytarmaq qorxusudur. Çünki, işğalçılar Azərbaycana məxsus olan, zəbt etdikləri torpaqları sahibinə qaytarmaq məcburiyyətində olduqlarının fərqindədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə