Mübarizimizdən Zəhramıza qədər… TƏRS BAXIŞ

Və ya “kosmipolitizm” üzərində ermənişivənlik missiyası

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada özünü “psixoloq” adlandıran Nərmin Şahmarzadə adlı bir şəxsin bütün dünyanın həsəd apardığı şəhidimiz Mübariz İbrahimovla bağlı yazdığı bəlli statusu müzakirə obyektinə çevrilib. Söz yox ki, bu məsələdə münasibət və fikirlərini bildirən ictimai rəy qarşı tərəfin sərgilədiyi bu kimi “cürəti” pisləyir, lənətləyir və hətta, daha ağır şəkildə ittihamlar edirlər. Əlbəttə ki, bu anlaşılan məsələdir və münasibət bildirən insanlar içində şəhid övladları, həyat yoldaşları və s. var. Çünki Mübariz İbrahimovun yazdığı fövqəlqəhrəmanlıq salnaməsi bu gün bütün şəhidlərimizi özündə vahid şəkildə birləşdirib. Belə olan halda, Mübarizimizi “qatil”, “cani” adlandırıb, bu sərsəmləməni “kosmopolitizimlə” əlaqələndirmək heç bir çərçivəyə sığmayan izafi iyrənclikdir.

Nə qədər ucuz, cılız və idbar təfəkkürə malik olmalısan ki…

Başqa tərəfdən, Nərmin Şahmarzadənin “erməni mənə heç nə etməyib, nəyə görə onu özümə düşmən hesab etməliyəm” tipli baxışı bu məsələni daha geniş trayektoriyaya çıxarır. Açıq-aşkar ultraeqolu olduğunu nümayiş etdirən bu xanımça belə hesab edir ki, əgər erməni ona heç nə etməyibsə, demək ki, yerə qalanlarından fərqli olaraq, düşmən hesab edilə bilməz (?!) Nə qədər ucuz, cılız və idbar təfəkkürə malik olmalısan ki, daxilindəki eqoizm fəsadlarını aparıb “kosmipolitizmlə” əlaqələndirəsən…

Bu gün adıçəkilən bu şəxs hələ də anlamır ki, Mbürizimizin timsalında şəhidlərimiz olmasaydı, bu gün həmin o “düşmən hesab etmirəm” dediyin qəddar erməni qaniçəni səni və bu gün sənə dəstək göstərənləri yatağındaca zorlayıb, başını, döşünü və s. kəsib, özünə yedirdərdi. Təəssüf ki, bunu anlamaq, qavramaq, dərk etmək düşüncəsində, gücündə və təfəkküründə deyillər. Nə Nərmin Şahmarzadə, nə də onu dəstəkləyən bir sürü (!) məxluqlar.

Özlərinə bu yolla – arsızlıqla, fahişəcəsinə təskinlik verməyə cəhd edirlər

Çünki təəssüfedici məqam da budur ki, bu gün Nərmin Şahmarzadənin xalqda hiddət doğruran statusunu dəstəkləyənlər də var və onlar əfsuslar olsun ki, azərbaycanlı qanı daşıyırlar. Düzdür, bu məsələdən eyforiyaya qapılıb belələrini “qanıpozuq” və s. adlandıra bilərik, amma nə yazıq ki, səthi düşüncələrə malik bəlli adamlar adıçəkilən “psixoloqa” qahmar çıxırlar. Üstəlik, oni tənqid edənlərə qarşı damünasibətlər sərgiləyərək, özlərini “haqlı” saydıqlarını “sübuta” yetirmək istəyirlər, üstəlik şəhidlərimizin ruhlarının müdafiəsinə qalxanları “vətənşivən” adlandırırlar. Halbuki, reallığa qalanda onların hər biri həyasızlıqlarından doğan şivənçiliklərini bu yolla isbatlamış olurlar – ermənişivənçilik missiyasını. Necə deyərlər, özlərinə bu yolla – arsızlıqla, fahişəcəsinə təskinlik verməyə cəhd edirlər. Amma yanılırlar! Yanılırlar və bu yanıldıqlarına görə, mütləq cavab verməli olacaqlar, özü də tezliklə…

Belələri balaca Zəhramızdan tutmuş, Mübarizimizə qədər, Şirin Mirzəyevimizdən tutmuş, Albert Aqarunovumuza qədər, Yanvar şəhidlərimizdən tutmuş, Xocalı şəhidlərimizə qədər – hər bir ifadə və təhqirlərinə görə “vətənşivən” adlandırdıqları AZƏRBAYCAN XALQI qarşısında cavab verməli olacaqlar. Artıq vaxt da yetişib və zaman da bu çağırışı edir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə