Ermənistan prokurorluğu məlumat yaydı

Ermənistanda keçirilən erkən parlament seçkiləri ilə bağlı ölkə prokurorluğunda yaradılmış işçi qrupu saat 13:00-a qədər baş vermiş seçki pozuntuları ilə bağlı 64 məlumatı araşdırıb. İnformasiyaya görə, işçi qrupu 11 hadisəni KİV-lərdə gedən məlumatlar əsasında müəyyənləşdirib. Yerdə qalan 53 hadisə isə vətəndaşların polisə, prokurorluğa müraciətləri əsasında, o cümlədən, polis əməkdaşlarının məruzələri əsasında nəzarətə götürülüb.

Saat 13:00-dan sonra daxil olan seçki pozuntuları və müdaxilələri ətrafında əldə edlən nəticələr daha sonra ictimailəşdiriləcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə