“Rusiya prezidenti Vladimir Putin Daşkənddə MDB sammitinə qatılacaq və Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək”. SİA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov jurnalistlərə açıqlamasında deyib.

“Sabah axşam prezident Düşənbədə qeyri-rəsmi naharda iştirak edəcək. Birisi gün dövlət başçısı MDB sammitinə qatılacaq. Prezident sabah səhər isə Rusiya-Azərbaycan regionlararası forumda iştirak etmək üçün Bakıya uçacaq. Dövlət başçıları forumda çıxış edəcək, ona qədər isə Rusiya Prezidenti Bakı keçirilən Cüdo üzrə dünya çempionatının bir çeçə yarışını izləyəcək”, - deyə Peskov qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə