Teyyub Qənioğlu: "Xaricdəki "söyüş qrupu" ifşa olunur" MÜSAHİBƏ

Müsahibimiz Təkamül partiyasının sədri Teyyub Qənioğludur.

- Teyyub bəy, məlumatlara görə, "Milli Şura" təmsilçiləri ölkədə qarışıqlıq salmaq üçün pozucu aktlar törətməyi planlaşdırırlar. Sizcə, nədən onlar sivil mübarizədən imtina edib, məkirli planlara meyl göstərirlər?

- Bu gün hər kəs, o cümlədən "Milli Şura" təmsilçiləri də çox gözəl bilirlər ki, onların xalq tərəfindən dəstəyi yoxdur. Bu reallıq ortadadır. Ümumiyyətlə, "Milli Şura"nın pozucu planlar üzərində düşünüb, onu həyata keçirməyi planlaşdırması sonda hər zaman olduğu kimi yenə də uğursuzluqla bitəcəkdir. Dəfələrlə mitinqlər yolu il məkrli niyyətlər həyata keçirməyə çalışıblar. Ancaq rüsvayçılıqla üzləşiblər. Yenədə, mitinqlər planlaşdırırlar. Ola bilsin ki, bu mitinqlərə də, özlərinin yaxın qohum-əqrabalarını cəlb etsinlər və adını da, qoysunlar mitinq. Ancaq onlara sula vermək lazımdır ki, sizlər bu cür mitinqlər keçirməklə, nəyə nail olmaq istəyirsiniz? Onlar cavab verə bilməyəcəklər, çünki, qüsurludurlar. Reallıq budur ki, onlar bu cür uğursuz aksiyalarla siyasi intiharlarını, cəmiyyətdəki, özlərinə olan mənfi münasibəti bir qədər də dərinləşdirmiş olurlar.

- Müxalifətin "söyüş qrupu" xasricdə oturub, Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası aparır. Demək olarmı onları təlimatlandıranlar sırasında, erməni lobbisi də var?

- Xaricdə mühacir həyatı yaşayan bəzi şəxslərin Azərbaycan dövləti haqqında ağızlarına gələni danışmaları və yazmaları onlara heç vaxt baş ucalığı gətirməyəcək. Demək olar ki, bu gün Azərbaycanı istəməyən xarici qüvvələr var ki, onlar Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq istəyirlər. Bunun üçün də xaricdəki şəxslərdən özlərinin məkirli planlarının həyata keçirilməsində bir alət kimi istifadə edirlər. Xaricdəki "söyüş qrupu" isə ifşa olunur. Xarici pozucu qüvvələr düşünürlər ki, belə etməklə onlar Azərbaycanda nə isə bir qarışıqlıq yarada biləcəklər. Amma onların nə planlaşdırmalarından asılı olmayaraq heç vaxt ölkəmizlə bağlı məkirli planlarını həyata keçirə bilməyəcəklər. Çünki xalq xaricdə olan həmin şəxslərin kim olduqlarını və nə etmək istədiklərini onların özlərindən yaxşı bilir. Ümumiyyətlə, xaricdəki şəxslərin söyüşdən istifadə etmələri bir daha sübut edir ki, onlar zəif və heç bir bacarığı olmayan adamlardır. Ataların belə bir məsəli var, "it hürər karvan keçər". Əlbəttə ki, xarici ölkələrdə olan həmin şəxslərin bu cür hərəkətlərə əl atması birmənalı şəkildə pislənilir. Özləri də yaxşı bilir ki, boş-boş işlərlə məşğul olurlar. Yaxşı olardı ki, onlar xarici qüvvələrin təsiri altında düşməsinlər və öz ölkələri haqqında şər-böhtan xarakterli məlumatlar səsləndirməsinlər. Çünki Azərbaycan sabitlik adasıdır, ölkəmizdə möhkəm əsaslara söykənən stabillik mövcuddur.

- Demək olarmı, ölkəmizə qarşı məkrli planlar eyni mərkəzdən planlaşdırılır?

- Təbii ki, bunlar eyni mərkəzdən idarə olunur. Bu şəxslərin xaricdə Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirmələri bir daha təsdiq edir ki, onlar eyni mərkəzdən idarə olunurlar. Məqsədləri də, Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaqdır. Amma daha bilmirlər ki, onlar məhz bu cür hərəkətləri ilə özləri-özlərini tamamilə gözdən salırlar.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə