“Dağlıq Qarabağın azərbaycanlı icmasının xaricdə daimi nümayəndəlikləri açılmalıdır” MÖVQE

“Dağlıq Qarabağın azərbaycanlı icmasının Rusiya, ABŞ, Almaniya, Fransa və Böyük Britaniyada daimi nümayəndəliyinin açılması zamanı gəlib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, ilk növbədə bunun üçün hüquqi əsas hazırlanmalıdır: “Ona görə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi qərarına yenidən baxılması mümkündür. Ya da 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmış Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təşkilatı bu vəzifəni yerinə yetirməlidir. İndiyə qədər bu icma ATƏM/ ATƏT-in Minsk qrupu tərəfindən Dağlıq Qarabağın azərbaycanlı icmasına münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi verilən mandatından yetərincə yaralana bilməyib. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etsə də bu gün onların fəaliyyəti yox dərəcəsindədir. Hazırda qondarma "DQR" in Rusiya, Fransa, Almaniya, ABŞ, Kanada, Avstraliya və Livanda daimi nümayəndəlikləri fəaliyyət göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə