Tədqiqatçılar günün müxtəlif vaxtlarında yaddaşın geri qayıtmasına təsir edən bir gen müəyyən ediblər. SİA-nın verdiyi məlumata görə, Tokio Universitetinin Tətbiqi Bioloji Kimya Bölməsindən professor Satoşi Kida Yaddaşın qayıtmasına xas olan ilk gen təyin etdiklərini bildirib: "Əgər bir şeyi asanlıqla unudursunuzsa, demək ki, onu yaddaşınız öyrənməyib - bir dəqiqə əvvəl tanış olduğunuz insanın adı kimi və yaxud da, bu beyninizdə saxlandığı yerdən məlumatı xatırlaya bilmədiyiniz üçün ola bilər - sevdiyiniz mahnının sözləri ağlınıza gəlmədiyi kimi." "Bir çox yaddaş tədqiqatçıları yeni xatirələrin necə yarandığını öyrənirlər. Unutmağın biologiyası, bilməməyi və xatırlamamağı fərqləndirməkdə çətinlik çəkdiyinə görə bunu tədqiq etmək daha mürəkkəbdir".
Kida'ya görə, yaddaş araşdırma cəmiyyəti, əvvəllər bədənin yatma-oyanma dövrlərini tənzimləmək üçün məsuliyyət daşıyan saatın (circadian clock), öyrənmə və yaddaşın formalaşmasına təsir etdiyindən şübhələnmişdirlər.
Kida qeyd edib ki, indi bizim sübutumuz var ki, sirkadiya saatları unutduğumuz şeyləri xatırlamağımızı da tənzimləyir. Tədqiqatçılar BMAL1(proteyn)-in yaddaşın geri qayıtmasındaki rolunu beynin hipokampus adlanan müəyyən bir sahəsində müəyyən ediblər. Təcrübələrə görə BMAL1 yuxusuzluq zamanı və ya yuxudan əvvəl azaldığı üçün yaddaş pozğunluğu yaranır və ya bir şeyi xatırlamaqda çətinlik çəkilir. Bundan əlavə, tədqiqatçılar BMAL1 (proteyn)-i dopamin reseptorlarının aktivləşməsi və beyindəki digər kiçik siqnal molekullarının modifikasiyası ilə əlaqələndirirlər. "Əgər bu BMAL1 yolu ilə yaddaşın geri qayıtması qabiliyyətini artırmağın yollarını müəyyən edə bilsək, amneziya və Alzheimer kimi xəstəliklərə tətbiq olunması barədə düşünə bilərik".
RAMİLƏ
Bütün xəbərlər Facebook səhifəmizdə