Dubayda dünyanın ən bahalı uşaq çarpayısı satılacaq

Martın 26-29-da Dubayda keçiriləcək interyer dizaynı sərgisində dünyanın ən bahalı uşaq çarpayısı nümayiş etdiriləcək. Bu barədə "Gulf Neüs” nəşri məlumat yayıb. "Luulu” adlı uşaq çarpayısının satış qiyməti 60 min dollar təşkil edir. İstehsalçıların məlumatına görə, çarpayı 24 karat qızılla işlənilib və svarovski qaşları ilə bəzədilib.

Polşalı dizayner Marta Bulazka və Darius Pancukun sözlərinə görə, bu mebel hər bir interyerin bəzəyi ola bilər. Uşaq çarpayısını öz övladlarına almaq istəyən ailələr indidən növbəyə durublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB