Laylay oxuyan və xoruldamağa qoymayan ağıllı yastıq

Rem-Fit şirkəti istirahət keyfiyyətini artırmaq məqsədilə ağıllı Zeeq yastığı hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ağıllı yastıq xoruldamağın və yuxu pozğunluğunun qarşısını alır.

Yastıq 3 versiyada hazırlanır. "Antixrap" modelində olan vibrasiya funksiyası yataq formasını yumşaq şəkildə dəyişməyə imkan verir. Bu funksiya həm də xorultunun kəsilməsinə kömək edir.

İkinci model olan musiqili yastıqla səkkiz dinamika ilə smartfondan melodiyaya qulaq asmaq mümkündür. Yastıqda musiqinin müəyyən müddətə səslənməsi üçün vaxt müddəti var. Şirkətin açıqladığı məlumata görə, musiq yalnız yastıq istifadəçisi tərəfindən eşidilir, ətrafdakıların yatmağına mane olmur. Arzu edənlər yastıqdan zəngli saat kimi də istifadə edə bilərlər.

Üçüncü model, yuxuda baş verənlər və bu prosesi necə inkişaf etdirmək barədə məlumat toplamaq və təhlil etmək üçün sensorlar ilə təchiz edilib.

Ağıllı yastığın müsbət tərəfləri onun Alexa и Google HealthKitə qoşulmasıdır. Zeeq iki həftədən bir enerji ilə doldurulmalı və Vi-Fi-ya qoşulmalıdır. Hazırda onun qiyməti 200 dollar dəyərindədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...