Amerikalı alimlər: Yer fındığı ani ölüm riskini azaldır

Müntəzəm yeyildikdə yer fındığının ürək-damar xəstəliklərinin qarşısını ala biləcəyi məlum olub. Belə ki, amerikalı elm adamları tərəfindən maddi vəziyyəti yaxşı olmayan 70 mindən artıq amerikalı və 130 min çinlinin iştirakı ilə aparılan araşdırma yer fındığının ürək-damar xəstəlikləri riskini azalda biləcəyini göstərib.

Ani ölüm riskini 17% azalda bilər

Araşdırmanı aparan elm adamlarından Hung Luu qəbul edilən miqdardan asılı olaraq yer fındığının ani ölüm riskini 17-21%, ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riskini isə 23 -38% azalda biləcəyini vurğulayıb. Hung Luu qiyməti digər quru meyvələrə nisbətən daha münasib olan yer fındığının həftədə 30 qram qəbulunun belə ürək-damar xəsətəliklərinə qarşı qoruma təmin edə biləcəyini qeyd edib. Araşdırmaların nəticələri "Internal Medicine" jurnalında yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə