Hind alimləri: Yaqut taun və vəba xəstəliklərindən qoruyur

Əsrlər boyu uğrunda qanlar axıdılan, hökmdarların xəzinələrini bəzəyən qiymətli daşlar həm də müalicəvi xüsusiyyətləri ilə diqqəti cəlb etmişdir. Hələ qədim dövrlərin mütəfəkkirləri İbn Sina, Əbu Reyhan Biruni, Nəsirəddin Tusi, Zəkəriyyə Qəzvini daş-qaşın müalicəvi xassələrindən bəhs edən əsərlər yazmışlar. Zaman keçdikcə xalq təbabətinin biliciləri də daş-qaşlardan müalicə məqsədi ilə istifadə etməyə başlamışlar.

Müsəlman aləmində daha çox məşhur olan firuzə insanlara nikbin, xoş əhval-ruhiyyə bəxş edən bir daş kimi şöhrət tapmışdır. Xalq təbibləri belə hesab edirlər ki, firuzəyə baxan göz işıqlanır. Bu cəhəti nəzərə alınaraq, göz üçün dərmanlar hazırlanarkən firuzədən istifadə olunmuşdur.

Mirvarini əzərək toz halına salır və isti suda həll edirlər. Onu şərbətə qatır və gündə 3-4 dəfə və hər dəfə 15-20 qram içirlər ki, bu da ürək tutmalarının qarşısını almağa kömək edir, habelə ürəyi qüvvətləndirir. Göz xəstəliklərinin müalicəsində də mirvari tozundan istifadə edilir.

Şərq təbiblərinin fikrincə, özü ilə yaqut gəzdirən insanlar gecələr yatarkən qorxulu və pis yuxular görmürlər. Baş ağrısını sakitləşdirmək üçün başa yaqut daşı sürtmək məsləhət görülür. Yaqut ağrıkəsici xüsusiyyətə malikdir və bədənin hər hansı hissəsində olan ağrını maqnit kimi özünə çəkir.

Hind alimlərinin dediyinə görə, özü ilə yaqut gəzdirən şəxs taun və vəba xəstəliklərinə tutulmaz. Yaqutu ağızda saxladıqda ürəyi qüvvətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır, susuzluğu dəf edir. Onu tozunu şərbətə qatıb içdikdə qanı təmizləyir, zəhərlənmənin qarşısını alır, gözü xəstəliklərdən qoruyur.

Misirdə tünd yaşıl zümrüdü tozundan və ya suda həll olunmuş məhlulundan zəhərlənmələrin müalicəsində istifadə etmişlər. Zümrüd gəzdirən adamların əsəbləri sakit olar, qorxulu yuxular görməzlər. Toz halında zümrüdü müxtəlif maye dərmanlara qatmaqla ondan malyariya, ishal kimi xəstəliklərin qarşısının alınmasında istifadə olunmuşdur.

Əqiq mineralından göz muncuğu hazırlayıb uşaqların biləyinə, sinəsinə bağlayırlar. Bu, onları bədnəzərdən, göz dəyməsindən qoruyur. Əqiqin şüanı dəfetmə xüsusiyyətinin kompüter istifadəçilərinə çox xeyri dəyə bilər.

Şəffaf və rəngsiz kvars mineralı fikri dağıdan, üzdəki qırışları yox edən vasitədir. Kvarsdan, həmçinin qorxuluğun aradan qaldırılmasında da istifadə edilmişdir.

loading...