Bakıda bazar yaxınlığında avtobuslar toqquşub

Bakının Nizami rayonunda - "8-ci kilometr" bazarının yanında iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə barədə təcili tibbi yardıma çağırış saat 22:20-də məlumat daxil olub. Hadisə yerinə 5 briqada göndərilib:

"Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onların 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbbi Mərkəzə, digər 7 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...