Yunanıstanda Qərbi Nil virusundan 31 nəfər ölüb

Yunanıstanda Qərbi Nil virusundan 31 nəfər vəfat edib. AZƏRTAC Yunanıstanın xəstəliklərə nəzarət edən və onların profilaktikası ilə məşğul olan Milli Mərkəzin yaydığı məlumata istinadla xəbər verir ki, ölkədə 271 nəfər bu virusa yoluxub. Mərkəz virusun daşıyıcıları olan ağcaqanadlardan qorunmaq üçün xüsusi vasitələrdən, uzunqol geyimlərdən istifadə etməyi məsləhət görür.

Qeyd edək ki, Qərbi Nil virusu Yunanıstanda ilk dəfə 2010-cu ildə aşkar edilib. 2010-2014-cü illərdə Yunanıstanda bu xəstəlikdən 80 nəfər, 2017-ci ildə isə 5 nəfər vəfat edib. Yunanıstandan əlavə bu virus Avropanın səkkiz ölkəsində aşkar olunub. Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır. Virusun bu il sürətlə yayılması yay mövsümünün həddən artıq isti keçməsi ilə əlaqələndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...