Tozun orqanizmə dəhşətli təsiri...

Toz - məişət həyatının ayrılmaz hissəsidir. Ev, ofis və ümumilikdə bizi əhatə edən hər bir əşyanın üzərinə yəğılan toz, insan orqanizmini sağlamlığa bir başa təsir edir. Məhz bu səbəbdən tozla mübarizə aparmaq istəyirsinizsə, həftədə 1 dəfə əsaslı ev yğığışdırılmasında deyil, gündəlik olaraq mübarizə aparmaq lazımdır.

Toz nədir?

Qum,müxtəlif daş növləri, parçalar, insanın, müxtəlif canlı orqanizmlərin epidermisi və əşyalar kimi müxtəlif mikrozərrəciklərin cəmidir. Tozun mənbəyi olan bir çox əşyalar var, lakin onların hamısı çox təhlükəli sayılmır. Ən təhlükəli toz - kitab tozu və potagen göbələklərdən, plastik, rezin, yuyucu vasitələrdən yaranan toz sayılır. Adətən məhz bu bir çox xroniki xəstəliklərə səbəb olur(bronxial astma və allergiya).

Gündəlik olaraq tozlu hava ilə nəfəsalma insan orqanizmi üçün böyük təhlükə yaradır. Hər bir insanda toz, özünü müxtəlif xəstəliklərələ göstərə bilər. Təbii ki, bu və ya digət patologiyaya irsi meyillilyi olanlar üçün toz onun üzə çıxmasında heç də son rol oynamır.

Tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər vardır ki, onlar, orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirib, zəhərli maddələr istehsal edirlər. İmmun sistem zəif olduqda və ya onlarla mübarizədən yorulduqda, orqanizmin qoruyucu gücü azalır və orqanizm müxtəlif allergenlərə qarşı həssas olur. Nəticədə xroniki xəstəlilər ağırlaşır və yeni patoloji prosesslər baş verir.

Tozun səbəb olduğu ən əsas xəstəliklər - müxtəlif allergiyalar, bronxila astma, oynaq, böyrək, mədəaltı vəz, ürək və tənəffüs orqanlarının xəstəlikləridir. Bu kimi xəstəliklər onlardan asılı olan orqanların ciddi pozğunluğuna gətirə bilərlər.

Təəssüflər olsun ki, tozdan təmamilə azad olmaq mümükün deyil. Yalnız gündəlik olaraq evlərin nəm əski ilə yığışdırılması, xalça və yumuşaq mebellərin tozsoranla təmizlənməsi, yastıqların, odeyalların günə verilməsi ilə,siz, tozun miqadrını azaltmaqla onun orqanizmə olan zərərli təsirini azalda bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə