Qazaxıstanın cənubunda yerləşən hərbi hissə anbarında partlayış baş verib. SİA xəbər verir ki, bu barədə RİA “Novosti” ölkənin fövqəladə hallar komitəsinə istinadən məlumat yayıb.

Partlayışdan sonra anbarda güclü yanğın yaranıb. Hadisə yerində 30 nəfər çalışır və olayın hansı səbəblərdən baş verməsi məlum deyil.

Hələlik yaralananlar və ölənlər barədə məlumat verilməyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə