Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib

Mayın 25-i axşam saatlarında əsən güclü külək Qusar və Quba rayonlarında ciddi fəsadlar törədib.

SİAAZƏRTAC”a istinadən xəbər verir ki, külək Qusarda E.Güləlyev adına şəhər 2 nömrəli tam orta məktəbin və bir neçə fərdi yaşayış evinin dam örtüyünü uçurub. Bununla yanaşı, bəzi yerlərdə elektrik və rabitə dirəklərini, eləcə də irigövdəli ağacları aşırıb. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Qusarın mərkəzi küçələrindən birində “Nissan” markalı minik avtomobili yıxılan ağacın altında qalıb. Həmin vaxt maşında heç kim olmadığından hadisə nəticəsində xəsarət alan olmayıb.

Qubada da külək ağacı “Niva” markalı maşının üzərinə aşırıb. Xəsarət alan olmayıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq vətəndaşa ziyan vurub.

Hər iki rayonun icra strukturlarının rəhbər şəxləri, Fövqaladə hallar Komissiyasının üzvləri küləyin daha çox ziyan vurduğu ərazilərə gələrək vəziyyətlə yerində tanış olublar. Fəsadların aradan qaldırılması istiqamətndə təxirəsalınmaz tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə